Türkiyə Superliqasında 3-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Eyupspor” öz meydanında “Alanyaspor”u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Eyupspor” - “Alanyaspor” - 2:1
Qollar: Svit Seslar, 1 (1:0), Florent Hadergjonaj, 67-pen. (1:1), Prins Obenq Ampem, 68 (2:1)
Mövsümdə ilk qələbəsini qazanan “Eyupspor” turnir cədvəlində 9-cu pilləyə yüksəlib. 2 oyundan 1 xalı olan “Alanyaspor” isə 12-ci pillədə qərarlaşıb.