AZ

Tramp: Ukrayna ilə Rusiya sammitin nə vaxt keçiriləcəyinə özləri qərar verməlidir

Rusiya və Ukrayna tərəfləri sammiti nə vaxt keçirməyə hazır olduqlarına özləri qərar verməlidir.

Bakues.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib.

Tramp Ağ Evdə Cənubi Koreya Prezidenti Li Jae-Myunqla görüşü zamanı belə danışıqların vaxtı ilə bağlı sualı cavablandırarkən deyib: “Bu onların öz ixtiyarındadır”.

O qeyd edib ki, Rusiya və Ukrayna liderləri ayrıca ikitərəfli görüş keçirməlidirlər.

Eyni zamanda, Tramp prezidentlər arasında görüşün baş tutacağına zəmanət verə bilməyəcəyinə işarə vurub:

“Görüşəcəklər, ya yox, bilmirəm. Onların görüşündə olmağımı istəyirlər”.

Seçilən
27
4
icma.az

10Mənbələr