AZ

“Qalatasaray”dan 35 milyonluq transfer

"Monako"nun müdafiəçisi Vilfred Sinqo karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Qalatasaray" Fil Dişi Sahili milli komandasının üzvünün keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
 

"Sarı-qırmızılar" 24 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 30+5 milyon avro təzminat ödəyəcək.


Qeyd edək ki, "Monako" Vilfred Sinqonu 2023-cü ilin yayında "Torino"dan transfer edib.

Futbolçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 60 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
36
1
bizim.media

2Mənbələr