AZ

Cokoviç tarixə düşdü: Bunu bacaran ilk tennisçi oldu

Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə turnirlərində ardıcıl 75-ci ilk oyun qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, bununla da o, Açıq Erada (1968-ci ildən başlayan dövrdə) əsas mərhələnin təkli yarışlarında bu nailiyyətə çatan ilk oyunçu (həm kişilər, həm də qadınlar arasında) olub.

38 yaşlı Cokoviç “US Open”in 1-ci mərhələsində 19 yaşlı amerikalı Lerner Tin üzərində qələbə qazanıb — 6:1, 7:6 (7:3), 6:2. Görüş 2 saat 25 dəqiqə davam edib.

Seçilən
78
publika.az

1Mənbələr