AZ

ABŞ və Yaponiya arasında 550 milyard dollarlıq ticarət sazişi elan olunacaq

Birləşmiş Ştatlar bu həftə Yaponiya ilə ticarət sazişini rəsmən elan etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik "Fox News"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, saziş çərçivəsində ABŞ prezidenti Donald Trampın administrasiyası təxminən 550 milyard dollar investisiya əldə edəcək.

“Yaponiya ilə bu həftə elan edəcəyimiz müqavilə Donald Trampın sərəncamına 550 milyard dollar gətirəcək”, – o qeyd deyib.

Lutnik gələcək sazişin təfərrüatlarını açıqlamasa da, əldə olunacaq vəsaitlərin ABŞ-də nadir torpaq metalları, yarımkeçiricilər və tibbi dərman sənayesinin inkişafına yönəldiləcəyini qeyd edib.

Xatırladaq ki, iyulun 22-də Donald Tramp Tokio ilə “nəhəng, bəlkə də indiyə qədərki ən böyük razılaşma” əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, Yaponiya ABŞ-yə 550 milyard dollar həcmində sərmayə yatıracaq və bu ölkədən idxal olunan mallara tətbiq ediləcək rüsum 15% təşkil edəcək. Ağ Evin rəhbəri əlavə edib ki, Yaponiya hakimiyyəti ölkəsini ticarətə açmağa, o cümlədən avtomobil və yük maşınları, düyü və digər kənd təsərrüfatı məhsullarının ixracına razılıq verib.

Seçilən
39
6
operativmedia.az

10Mənbələr