AZ

Ançelotti Neymarı və “Real Madrid”in oyunçularını yığmaya çağırmadı

Futbol üzrə Braziliya milli komandasının dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Karlo Ançelotti “Santos”un məşhur hücumçusu Neymarı heyətə cəlb etməyib. 

İtaliyalı mütəxəssis sabiq çalışdırıcısı olduğu “Real Madrid”in braziliyalı futbolçularından da heç birini yığmaya çağırmayıb.

Qeyd edək ki, Braziliya millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə qarşılaşacaq.


Seçilən
14
2
qafqazinfo.az

4Mənbələr