AZ

Cənubi Koreya hərbi xərcləri artırır

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cənubi Koreya Prezidenti Li Çje Myon hərbi xərcləri artırmağa hazır olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, ölkə başçısı bunu Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin forumunda çıxışı zamanı deyib.

Ölkə rəhbəri bildirib: “ABŞ Prezidenti Donald Trampla birlikdə milli maraqlar ətrafında qurulmuş praqmatik ittifaqın yeni səhifəsini açmağa hazıram. Cənubi Koreya dövləti Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsində daha böyük rol oynayacaq.

Birincisi, biz hərbi xərclərimizi artıracağıq. Bu xərclər Cənubi Koreya ordusunu gələcək müharibələrə qarşı mübarizə aparmaq üçün “ağıllı orduya” çevirmək üçün istifadə olunacaq”.

Qeyd edək ki, avqustun 25-də Vaşinqtonda ABŞ və Cənubi Koreya prezidentləri arasında danışıqlar olub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
1
icma.az

10Mənbələr