AZ

Bakıda ən ucuz kirayə evlər bu ərazilərdədir

Son illərdə Bakının daşınmaz əmlak bazarında, xüsusilə də kirayə seqmentində ciddi dəyişikliklər müşahidə olunur. Qiymətlərin formalaşmasına bir sıra amillər - mənzilin yerləşdiyi ərazi, metroya və mərkəzə yaxınlıq dərəcəsi, tikilinin yaşı və mənzilin şəraiti təsir göstərir

Demokrat.az xəbər verir ki, bu barədə Metbuat.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlama verib. O bildirib ki, şəhərin mərkəzinə və metro stansiyalarına yaxın ərazilərdə kirayə qiymətləri yüksək, mərkəzdən və nəqliyyat xətlərindən uzaq ərazilərdə isə daha aşağıdır:

"Hazırda köhnə mənzillərin orta təklif qiyməti təxminən 455 manat təşkil edir. Yeni tikililərdə bu göstərici 607 manatdan başlayır, bəzi ərazilərdə isə qiymət 800 manata qədər yüksəlir. Ən bahalı seqment isə şəhər mərkəzinə yaxın mənzillərdir. Burada kirayə qiymətləri 1000-1500 manat aralığında dəyişir. Bundan əlavə, xarici vətəndaşlara təklif olunan xüsusi evlərin qiymətləri daha yüksəkdir və bəzi hallarda hətta 2000 dollara qədər çata bilir".

Son vaxtlar qısamüddətli kirayə seqmentində də artım müşahidə edilir. Ekspert bildirib ki, günlük kirayə qiymətləri ötən dövrlə müqayisədə 20-25 faiz yüksəlib.

"Ümumilikdə, şəhər üzrə kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 12 faiz artıb. Avqust-sentyabr aylarında qiymətlərin artım tendensiyasının davam edəcəyi gözlənilir. Hazırda bazarda mənzillərin məhdudluğu müşahidə olunur ki, bu da kirayə seqmentində qiymətlərin qalxmasına əsas səbəbdir".

Seçilən
12
10
demokrat.az

10Mənbələr