AZ

Zelenski: Moskvanın işğalı dayandırmaq bəyanatı güzəşt hesab oluna bilməz

Moskvanın “bundan sonra işğal etməmək barədə” hər hansı bəyanatı güzəşt kimi qiymətləndirilə bilməz.

Operativ Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ və Ukraynanın atəşkəs təşəbbüslərini görməməzliyə vuraraq müharibəni dayandırmamaq üçün yeni bəhanələr axtarmaqda davam edir.

Zelenski vurğulayıb ki, Kiyev dəfələrlə atəşkəsə və heç bir şərt irəli sürmədən danışıqlara dəstək verib, o cümlədən ABŞ və Rusiya ilə üçtərəfli görüş variantını təklif edib. Lakin Moskva hər dəfə müxtəlif səbəblər gətirərək bundan imtina edib.

Prezident əlavə edib ki, vəziyyəti Donald Trampla müzakirə edib və Kremlin danışıqlardan yayınmağa davam edəcəyi halda Vaşinqtonun “qətiyyətli addımlar” atmasının vacibliyini vurğulayıb.

Seçilən
13
operativmedia.az

1Mənbələr