AZ

Pentaqon rəhbəri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı hərtərəfli təhqiqata başladığını açıqlayıb

Müdafiə naziri Pete Hegseth bildirib ki, Pentaqon keçmiş prezident Co Bayden dövründə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı əlavə, dərin araşdırma aparır.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

Heqsetin sözlərinə görə, hərbçilər Əfqanıstanda baş verənlərə görə cavab verməlidirlər. O bildirib ki, qoşunların çıxarılması ilə bağlı təhqiqat ABŞ prezidenti Donald Trampın göstərişi ilə başlayıb. Pentaqon rəhbəri vurğulayıb ki, istintaq daha da dərindən araşdırmaya ehtiyac olduğunu göstərir. İstintaqı Müdafiə Nazirliyinin sözçüsü və Əfqanıstan müharibəsi veteranı Şon Parnell aparır.

Hegseth əlavə edib ki, Pentaqon davam edən təhqiqat zamanı bütün lazımi sənədlərlə tanış olmağı, qoşunların çıxarılması zamanı qəbul edilən qərarların əsaslandırılması ilə bağlı izahatlar almağı, həmçinin ordunun müəyyən təminatlara məhəl qoymaması ilə bağlı vəziyyətləri aydınlaşdırmağı planlaşdırır.

Müdafiə naziri araşdırmanın gələn ilin ortalarına qədər yekunlaşacağını bildirib.

Qeyd edək ki, avqustun 4-də Amerika hərbçiləri ilə əməkdaşlıq edən iki əfqanın ABŞ-dan deportasiya oluna biləcəyi barədə məlumat yayılıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr