AZ

Avstraliya İran səfirini ölkədən çıxarır

Avstraliya hökuməti İran İslam Respublikasını Melburndakı sinaqoqa və Sidneydəki İsrail restoranına edilən hücumlarda iştirakda ittiham edərək, ölkədəki İran səfirini "persona non grata" (arzuolunmaz şəxs) elan edib.

"Azad İran" "Telegram" kanalı bu barədə "Iran International"a istinadən məlumat yayıb.

Avstraliyanın Baş naziri Entoni Albanezenin sözlərinə görə, Avstraliyanın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı İran hökumətinin bu hücumları birbaşa yönləndirdiyini və ölkə ərazisində digər oxşar hücumların da təşkilinə cəhd edə biləcəyini ehtimal edir.

"Bu, Avstraliyada xarici bir güc tərəfindən təşkil edilmiş misligörünməmiş və təhlükəli təcavüz aktlarıdır", - deyə E.Albaneze vurğulayıb.

Qərara əsasən, İranın Avstraliyadakı səfiri Əhməd Sadiqi ölkədən çıxarılacaq. Eyni zamanda, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti də müvəqqəti olaraq dayandırılacaq.

Seçilən
1
3
demokrat.az

4Mənbələr