BAKI, 26 avqust. TELEQRAF
“Everton” İngiltərənin digər təmsilçisi "Sauthempton"un futbolçusu Tayler Diblinqi transfer edib.
Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Liverpul təmsilçisi 19 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 40,5 milyon avro ödəyib. Diblinq yeni komandası ilə 4 illik müqavilə bağlayıb. O, 20 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Tayler Diblinq “Sauthempton”un yetirməsidir. O, son mövsüm ərzində meydana çıxdığı 35 oyunda 4 qol vurub.