AZ

90 min moskvalı hərbi əməliyyat zonasındadır

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Moskva meri Sergey Sobyanin bildirib ki, hazırda 90 minə yaxın paytaxt sakini xüsusi hərbi əməliyyat zonasındadır. "Bu gün təxminən 90 min moskvalı hərbi əməliyyat zonasındadır. Bunlar səfərbər edilmiş və ya müqavilə ilə gedənlərdir. Uşaqlardan bəziləri peşəkar hərbçilərdir", -

Sobyanin "Komsomolskaya Pravda"ya müsahibəsində deyib.

Bundan əlavə, Sobyanin qeyd edib ki, Moskva könüllülər hərəkatı döyüşçülərə humanitar yardım göndərir. Moskvada yaralıların müalicəsi üçün ən böyük xəstəxanalar var və Voronovskoyedə ölkənin ən böyük reabilitasiya mərkəzi yaradılıb.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
1
icma.az

2Mənbələr