Krasnoyarsk diyarının 46 yaşlı sakini Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi göstərilməsinə çağırış etdiyi üçün barəsində cinayət işi açılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FSB) regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin şəxs terrorçu qruplaşmaların millətçi ideologiyasını dəstəkləyib və dəfələrlə Rusiya Federasiyasının siyasi kursuna narazılığını ifadə edib.
2025-ci ilin mart ayında o, internet vasitəsilə region sakinlərini Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatlarına maliyyə dəstəyi göstərməyə çağırıb. FSB bildirib ki, bu fəaliyyət açıq şəkildə dövlət təhlükəsizliyinə qarşı yönəlib.
Şəxs iki ay əvvəl saxlanılıb və hazırda həbsdədir. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə cinayət işi başlanılıb. Həmin maddəyə əsasən, ona 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Hazırda istintaq tədbirləri davam etdirilir.