AZ

Avtomobili aşırdı - Sərnişini öldü

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü Qızılhacılı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində 36 yaşlı sərnişin Aynur Həsənova aldığı xəsarətlərdən ölüb. 31 yaşlı sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Seçilən
33
3
news24.az

4Mənbələr