AZ

Rasmus Heylunn “Napoli”nin formasını geyinəcək

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Yunayted"in hücumçusu Rasmus Heylunn "Napoli"yə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, 22 yaşlı danimarkalı yaxın 48 saat ərzində İtaliya klubu ilə müqavilə imzalayacaq. Neapollular hücumçunu 40 milyon avroya almaq şərti ilə 5 milyona icarəyə götürəcək.

Qeyd edək ki, Heylunn 2023-cü ildən "Mançester Yunayted"də çıxış edir. Danimarkalı İngiltərə klubunda 95 matçda 26 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
sport24.az

1Mənbələr