AZ

Tokayev Çinə gedəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 30 avqust - 3 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.

 

Senzor.az Qazaxıstan mediasına istinadən bildirir ki, səfər çərçivəsində ali səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlarda Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

 

"31 avqust - 1 sentyabr tarixlərində Qazaxıstan Prezidenti Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və "ŞƏT +" iclasında iştirak edəcək", - məlumatda qeyd olunur.

 

Bundan əlavə, sentyabrın 2-də Tokayev Pekində "Qazaxıstan - Çin" İşgüzar Şurasının iclasında çıxış edəcək və böyük Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Seçilən
10
15
senzor.az

10Mənbələr