AZ

Azərbaycanda daşınmaz əmlak bazarının həcmi 500 milyard dolları keçə bilər

Bu ilin sonuna qədər Azərbaycanda daşınmaz əmlak bazarının həcminin 501,33 milyard ABŞ dollarına çatacağı gözlənilir...

“Report”un Beynəlxalq Statistika Komitəsindən əldə etdiyti məlumata görə, bunun 403,46 milyard ABŞ dolları bazarın əsas seqmenti olan yaşayış evlərinin payına düşəcək.

2025–2029-cu illərdə bu seqmentin illik orta artım tempi 7,39 % təşkil edəcək və nəticədə 2029-cu ildə bazarın həcmi 666,65 milyard ABŞ dollarına yüksələcək.

"Azərbaycanın daşınmaz əmlak bazarında lüks mülklərə tələbat artmaqdadır. Bu tendensiyanın əsas səbəblərindən biri ölkəyə yönələn xarici investisiyaların çoxalmasıdır", - deyə məlumatda qeyd olunub.

Bu il dünyada daşınmaz əmlak bazarından ən yüksək gəlirin ABŞ-da qeydə alınacağı proqnozlaşdırılır – 136,6 trilyon ABŞ dolları.

Poliqon.info

Seçilən
36
8
poliqon.info

9Mənbələr