AZ

Pentaqonun adı dəyişdiriləcək - Müharibə Departamenti olacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Müdafiə Nazirliyinin (Pentaqon) adının yaxın bir həftə ərzində Müharibə Departamentinə dəyişdirilməsini nəzərdən keçirir...

Poliqon xəbər verir ki, Tramp bu barədə Oval ofisdə jurnalistlərlə söhbəti zamanı danışıb.

"Biz bunu Müdafiə Nazirliyi adlandırırıq, amma öz aramızda, düşünürəm ki, adı dəyişəcəyik. Əgər həqiqəti bilmək istəyirsinizsə, düşünürəm ki, bu barədə tezliklə məlumat olacaq. Mən hər kəslə danışmışam və hamı bunu bəyənir", deyə Amerika lideri qeyd edib.

Tramp xatırladıb ki, Birləşmiş Ştatlar departament rəsmi olaraq Müharibə Departamenti adlandırılanda - Birinci və İkinci Dünya müharibələri zamanı inanılmaz qələbələr əldə edib. Onun fikrincə, bu ad Pentaqonun fəaliyyətinin mahiyyətini daha yaxşı əks etdirir.

Onun sözlərinə görə, Pentaqonun rəsmi adının dəyişdirilməsi ilə bağlı qərar yaxın vaxtlarda verilə bilər.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi indiki adını 1949-cu ildə Milli Təhlükəsizlik Aktına dəyişikliklərin qəbulundan sonra alıb. Bundan əvvəl 1789-cu ildən mövcud olan Müharibə Departamenti rəsmi adı mövcud idi. ABŞ Birinci və İkinci Dünya müharibələrində məhz bu adla iştirak edib.

Departamentin adının dəyişdirilməsi İkinci Dünya müharibəsinin başa çatmasından və Soyuq müharibənin başlamasından sonra ABŞ-ın fəaliyyətinin müdafiə xarakterini vurğulamaq məqsədi daşıyan islahatların bir hissəsi idi.

O vaxtdan bəri Müdafiə Departamenti adı ölkənin və onun müttəfiqlərinin müdafiəsinə diqqət yetirməklə Amerika hərbi siyasətinin simvoluna çevrilib.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr