AZ

Əli Abbasov: Ölkəmizdə süni intellektin bir elm sahəsi kimi inkişafı xüsusi diqqət mərkəzindədir

BAKI, 26 avqust. TELEQRAF

“Azərbaycan elmi son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm dövlət səviyyəsində, həm də texnoloji istiqamətdə bu inkişaflar davam etdirilir”.

Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, Azərbaycanda süni intellektin müxtəlif sahələrində, o cümlədən təbii dil texnologiyalarının inkişafında mühüm işlər görülür. Konfransda 30 ölkənin nümayəndələri iştirak edir:

“Tədbir çərçivəsində dünya elminin ən aktual məsələlərindən olan informasiya sistemləri ilə bağlı mövzular müzakirə olunacaq. Son illərdə ölkəmizdə müasir texnologiyalar və rəqəmsal inkişaf fonunda süni intellektin, eləcə də onun bir elm sahəsi kimi inkişafı xüsusi diqqət mərkəzindədir”.

O əlavə edib ki, bütün bu mövzular 200-dən çox yerli və beynəlxalq elmi ictimaiyyət nümayəndəsinin iştirakı ilə müzakirə ediləcək.

Seçilən
53
teleqraf.com

1Mənbələr