AZ

Donald Tramp 111 illik tarixi dəyişdi, FED üzvünü vəzifədən azad etdi, qarşı tərəf isə dirənir: "İşimdə qalacam..."

ABŞ Prezidenti Donald Tramnp Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuku "ipoteka müqavilələrində yalan ifadələr verdiyi" iddiası ilə vəzifəsindən azad etsə də, qarşı tərəf postunu tərk etməyəcəyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kuku FED-in 111 illik tarixində ABŞ prezidenti tərəfindən işdən çıxarılan ilk idarə heyəti üzvü olduğunu xatırladan Trampın sözlərinə görə, bu xalqın quruma güvəni üçün vacibdir: "Onun vəzifədən çıxarılması üçün kifayət qədər əsaslar vardı. Qərarımda əlbəttə ki, Kukun ipoteka müqavilələrindəki yanlış məlumatları əsas rol oynayıb. FED-in xalqın və ölkənin qarşısında böyük məsuliyyətləri var. Amerika xalqı FED-in siyasətini müəyyənləşdirmək və ona nəzarət etməkdə mükəlləf olan üzvlərin dürüstlüyünə tam əmin olmalıdır. Maliyyə məsələsində aldadıcı və potensial cinayət davranışı fonunda ictimaiyyət sizə ()Kuku nəzərdə tutur -Mia.az) etibar edə bilməz. Mən də sizə heç bir inamınız yoxdur. Siz ipoteka əməliyyatında saxtakarlıq edibsiniz. Bu vəziyyət sizin maliyyə tənzimləyicisi olaraq səlahiyyətlərinizi və etibarınızı şübhə altına alır. Bu səbəbdən FED-dəki üzvlüyünüzə dərhal xitam verilir."

Kuk isə Trampın sərəncamına etiraz edib: "Prezident Tramp heç bir hüquqi əsas olmadığı halda məni qondarma səbəblə işdən çıxardığını iddia etdi. Onun buna səlahiyyəti də yoxdur. Mən vəzifəmdən verməyəcəyəm. 2022-ci ildən bəri olduğu kimi, bundna sonra da Amerika iqtisadiyyatına kömək etmək vəzifəmi yerinə yetirməyə davam edəcəyəm".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
46
1
mia.az

2Mənbələr