AZ

"Mançester Siti"nin Donnarumma üçün PSJ-yə ödəyəcəyi məbləğ bəlli olub

"Mançester Siti" PSJ-nin qapıçısı Canluici Donnarumma üçün 30 milyon avro təklif edib.

Hazırda klublar transfer qiymətini hələ də müzakirə edirlər.

Mənbənin sözlərinə görə, İngiltərə klubu 26 yaşlı futbolçunun transferi üçün parislilərə 30 milyon avro təklif edir ki, bu da qarşı tərəfi qane edir.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Mançester Siti"nin artıq italiyalı qolkiperlə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə xəbərlər yayılmışdı.

Seçilən
5
1
moderator.az

2Mənbələr