AZ

Tramp Pentaqona “Müharibə Departamenti” adını qaytarmağı hazırlaşır

Oxumeni.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tramp Pentaqona “Müharibə Departamenti” adını qaytarmağı hazırlaşır

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası Pentaqonu tarixi adına - Müharibə Departamentinə qaytarmağı düşünür. Ağ Ev rəhbərinin sözlərinə görə, qərar yaxın vaxtlarda verilə bilər, lakin bunun üçün Konqresdə səsvermə tələb olunacaq.

“Politico” yazır ki, Tramp öz mövqeyini Cənubi Koreya prezidenti Li Çje Myonla birgə mətbuat konfransı zamanı səsləndirib. O xatırladıb ki, Birinci və İkinci Dünya Müharibələri zamanı departament “Müharibə Departamenti” adlandırılıb və məhz həmin vaxt ABŞ mühüm qələbələr qazanıb.

"Biz Birinci Dünya Müharibəsində, İkinci Dünya Müharibəsində qalib gələndə bu, Müharibə Departamenti adlanırdı. Və mənə görə, bu, həqiqətən də belədir. Bu, bizim inanılmaz uğur tariximizin olduğu dövr idi", - siyasətçi deyib.

Təşəbbüsü daha əvvəl departamentin “döyüş ruhunu” bərpa etməyə çağıran müdafiə naziri Pit Heqset dəstəkləyir. Hələ iyun ayında Tramp NATO sammitində onu açıq şəkildə “Müharibə naziri” adlandıraraq, İkinci Dünya Müharibəsindən sonra köhnə tituldan imtinanın “siyasi baxımdan düzgün” olduğunu demişdi.

“Ağ Evin yanındakı köhnə binaya baxsanız, müharibə nazirinin əvvəllər harada olduğunu görə bilərsiniz. Sonra biz siyasi cəhətdən düzgün olduq və onu müdafiə naziri adlandırdıq,"- o deyib.

Müharibə Departamenti 1789-cu ildən 1947-ci ilə qədər fəaliyyət göstərmişdir. Prezident Harri Trumenin dövründə o, Ordu, Dəniz Qüvvələri və yeni yaradılmış Hərbi Hava Qüvvələrini birləşdirən yeni struktur olan Müdafiə Departamentinə çevrilmişdir. Həmin administrasiya ordunu mərkəzləşdirməyə və Pentaqona daha çox səlahiyyət verməyə çalışırdı.

Son həftələrdə Tramp dəfələrlə tarixi tituluna qayıtmağın mümkünlüyünə eyham vuraraq, ABŞ-ın təkcə müdafiə deyil, həm də hücum xarakterli hərəkətlərə hazır olduğunu nümayiş etdirməli olduğunu vurğulayıb.

O, Ağ Evdə deyib: "Mən yalnız müdafiədə olmaq istəmirəm. Biz də hücumda olmalıyıq".

Buna baxmayaraq, Pentaqonun hazırkı strukturu xüsusi qanun əsasında yaradıldığından, mümkün adının dəyişdirilməsi ilə bağlı yekun qərar Konqresdə qalır.

Müdafiə Departamenti sualı Ağ Evə yönləndirərək indiyədək rəsmi şərh verməkdən çəkinib. Mətbuat katibinin müavini Anna Kelli təsdiqləyib ki, prezident “Pentaqonda DEI siyasətləri və mütərəqqi ideologiyadan çox, orduya üstünlük verməyə” çalışır.

Bu ilin əvvəlində Heqset X sosial şəbəkəsində abunəçilər arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti tarixi adın – “Müharibə Nazirliyi”nin bərpasının lehinə çıxış edib.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
1
oxumeni.az

2Mənbələr