AZ

Goranboyda ağır yol qəzası olub, ölən və yaralanan var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy–Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü A. Həsənova hadisə yerində dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi səbəbilə Avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü F. Zeynalov Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona başın və döş qəfəsinin dəqiqləşdirilməmiş travması diaqnozu təyin olunub.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
apa.az

1Mənbələr