AZ

Horadiz – Ağbənd dəmir yolunun 67 faizi hazırdır

Azərbaycan Dəmir Yolları" QSC-dən aldığımız məlumata görə, Horadiz – Ağbənd dəmir yolu xəttinin layihələndirilməsinin 84 faizi, tikinti-quraşdırma işlərinin isə 67 faizi yekunlaşıb.

Bildirilib ki, hazırda xəttin 75 – 106 kilometr hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır. Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının, ümumilikdə, 553 mühəndis qurğusunun tikintisinin həyata keçiriləcəyi planlaşdırılır.

 

Seçilən
47
18
xalqqazeti.az

10Mənbələr