“Rəqəmsal vergilər, xidmətlər haqqında qanunlar və bazarların tənzimlənməsi hamısı Amerika texnologiyasına zərər vermək üçün nəzərdə tutulub. Buna dərhal son qoyulmalıdır”, – deyə Tramp yazıb. Prezident xəbərdarlıq edib ki, əgər bu tədbirlər ləğv edilməsə, ABŞ həmin ölkələrin ixracına əlavə tariflər tətbiq edəcək, həmçinin yüksək texnologiyalar və çiplərin tədarükünə məhdudiyyətlər qoyacaq.
Tramp sonda qeyd edib: “Amerikaya və heyrətamiz texnologiya şirkətlərimizə hörmət göstərin, yoxsa nəticələri ilə üzləşəcəksiniz.”