AZ

"Bizə təcrübəli məşqçilər lazımdır" - Sahib Ələkbərov

"Bizim təcrübəli məşqçilərə ehtiyacımız var".

News24.az xəbər verir ki, bunu avqustun 26-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bölgələrdə velosiped idmanının inkişafı sahəsində fəaliyyət göstərəcək məşqçilər üçün təlim kurslarının açılışı mərasimində Azərbaycan Velosiped İdman Federasiyasının Birinci Vitse-Prezidenti Sahib Ələkbərov deyib.

“Bizim təcrübəli məşqçilərə ehtiyacımız var. Məhz buna görə bölgələrdə gənc kadrlara dəstək olmaq, onların peşəkarlıq səviyyəsini artırmaq üçün bu cür təlimlərə start veririk. Əminəm ki, bu addım gələcəkdə ölkəmizin velosiped idmanında uğurlarını daha da artıracaq”.

O qeyd edib ki, hazırda məşqçilər olmasına baxmayaraq, yenə də təcrübəli kadrlar yetişdirmək lazımdır.

Aqil Qarayev

Seçilən
41
1
news24.az

2Mənbələr