AZ

Günəşdə aktivlik artır Güclü partlayış olacaq

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün Günəşdə güclü bir partlayış baş verib. Hadisə Bakı vaxtı ilə saat 10:25-də qeydə alınıb və gücü M4.52 bal təşkil edib. Bu, son iki ayda baş verən ən böyük 2-ci partlayışdır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Mütəxəssislər qeyd edirlər ki, gecə ərzində Günəşin aktivliyi artıb və əgər bu tendensiya davam etsə, gün ərzində ən yüksək səviyyə olan X sinifli partlayış da baş verə bilər.

Həmçinin bildirilir ki, Günəşin aktiv bölgələri yerini dəyişib və bu sahələrin bəziləri artıq Yerə daha yaxın mövqedədir. Bu da bəzi hallarda texnoloji sistemlər, peyklər və rabitə üçün risk yarada bilər.

Aysel,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
www.bakupost.az

1Mənbələr