AZ

Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir

Böyük şair və mütəfəkkir İmaddədin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.

Operativ Media APA-ya istinadən xəbər verir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır.

Daha sonra Heydər Əliyev məzarı ziyarət edir.

2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.

Seçilən
0
43
operativmedia.az

10Mənbələr