AZ

Tramp bu xanımı FED rəhbərliyindən uzaqlaşdırdı


Prezident Donald Tramp ABŞ-ın Federal Ehtiyatlar(FED) Sisteminin Rəhbərlər Şurasının (mərkəzi bank kimi fəaliyyət göstərən FRS) üzvü Liza Kuku ipoteka krediti almaqda saxtakarlıq etdiyinə görə vəzifəsindən azad edib. Bu barədə müvafiq fərmanın mətni Truth Social-da dərc edilib.

İpoteka müqaviləsi bağlayarkən, Kuk Miçiqan ştatındakı yaşayış evinin gələn il onun əsas iqamətgahına çevriləcəyini bildirib. İki həftə sonra, oxşar sənədləri doldurarkən, o, əsas iqamətgahı kimi Corciya əyalətindəki başqa bir mülk göstərib. FED-ə qarşı təzyiqlərə başlayan Tramp bu faktdan onun vəzifədən azad olunması üçün istifadə edib: “İkinci öhdəliyi götürərkən birincidən xəbərsiz olmanız ağlasığmazdır”. O, həmçinin əlavə edib ki, Kukun bu cür hərəkətləri "potensial olaraq cinayət sayıla bilər".

Mətləb

Seçilən
12
1
baki-xeber.com

2Mənbələr