AZ

3 il əzab çəkmədi, sürünə sürünə yaşadı! Sonda gerçək ortaya çıxdı!

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ankarada yaşayan 51 yaşlı Mövlude Yıldızeli adlı qadın 2022-ci ildə qəfil görmə qabiliyyətini itirib.

Milli.Az xəbər verir ki, sonrakı illərdə baş ağrısı, qulaqlarda cingilti, yaddaş zəifliyi və tarazlıq pozğunluğu kimi simptomlarla çoxsaylı xəstəxanalara müraciət etsə də, ona diaqnoz qoyula bilməyib.

Nəhayət, Ankara xəstəxanasında aparılan müayinələrdən sonra məlum olub ki, Yıldızelinin beyin damarlarında tıxanma var. Neyrocərrahiyyə mütəxəssisi tərəfindən aparılan minimal invaziv əməliyyatla damarları açılan xəstə yenidən sağlamlığına qovuşub.

Həkimin sözlərinə görə, son illərdə beyin damarlarında daralmalar daha çox müşahidə olunur və bu, ciddi simptomlara səbəb ola bilir. Yıldızeliyə tətbiq edilən prosedur zamanı qasıq damarlarından beyinə daxil olunaraq daralmış nahiyəyə stent yerləşdirilib.

Mövlude Yıldızeli isə əməliyyatdan sonra sevincini belə ifadə edib:

"Üç ildir həyat mənim üçün dayanmışdı. İndi isə yenidən doğulmuş kimiyəm, dünyanın ən xoşbəxt insanıyam" .

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
news.milli.az

3Mənbələr