AZ

Almaniya Rusiyanı yeni sanksiyalarla hədələyir

Vətəninfo.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri İohann Vadeful deyib ki, “Prezident Putin vaxta görə dayana biləcəyini düşünürsə, yanılır”.

Almaniyalı nazirin sözlərinə görə , Moskvaya təzyiqlər davam etməlidir , buna görə də Aİ 19-cu sanksiyalar paketini hazırlayır.

Almaniyanın xarici işlər naziri təkid edir ki, indi danışıqlar prosesində növbə Putindədir: o, sübut etməlidir ki, Ukraynada davam edən müharibədə ədalətli sülhə nail olmaq üçün həqiqətən də işləməyə hazırdır. “Bununla bağlı ciddi şübhələrin olduğu aydındır” deyən Vadeful Kiyevin ilkin şərt olmadan sülh danışıqlarına razılıq verərək artıq irəliyə doğru addım atdığını bildirib.

Vaddeful eyni zamanda vurğuladı: “Bir şey aydındır: ukraynalıların arxasında heç bir danışıqlar olmayacaq. Bu, bizim ümumi Avropa vədimizdir”. Nazir Kiyevi Avropanın “siyasi, iqtisadi və hərbi” dəstəyinə əmin edib.

Seçilən
8
veteninfo.az

1Mənbələr