AZ

İnternatlarda valideynini itirmiş uşaqların sayı artıb

2025-ci ilin əvvəlindən internat müəssisələrində 1484 uşaq valideynlərini itirib, yaxud himayəsindən məhrum olub.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuədə əks olunub.

Bildirilib ki, 2024-cü ildə bu göstərici 1459 nəfəri əhatə edib.

Bundan başqa, 2025-ci ilin əvvəlindən ümumi təyinatlı və inteqrasiya təlimli internat tipli ümumi təhsil müəssisələrində 406 uşaq olub, onlardan 403-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır.

Seçilən
16
13
azedu.az

10Mənbələr