AZ

Yunan-Roma güləşçilərimiz Dünya üçüncüsü oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 Dünya çempionatı başa çatıb.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi mötəbər yarışda 3 medal qazanıb. Çempionatda 90 xal toplayan güləşçilərimiz komanda hesabında dünya üçüncüsü olub. Millimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə nail olub.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
6
24
xalqqazeti.az

10Mənbələr