Ötən gün keçirilən "Qəbələ" - "Zirə" matçı (1:2) qonaqların baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, bu görüş 43 yaşlı mütəxəssis "qartallar"ın çalışdırıcısı kimi 200-cü oyunu olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
R. Sadıqov 2020-ci ildən "Zirə"yə rəhbərlik edir. Maraqlısı budur ki, onun ilk matçı da "Qəbələ" ilə görüşə (1:1) təsadüf edib.
Onun rəhbərliyi altında "Zirə" Premyer Liqada 166, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. Gənc mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun yetirmələri 251 qol vurub və qapısında 188 qol görüb.