AZ

Çempionlar Liqasının pley offçularının dəyəri məlum oldu “Qarabağ” 14 klub arasında neçənci sıradadır? + SİYAHI

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün 2025-2026-cı il mövsümü üzrə Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçları keçiriləcək.

Pley-offun cavab oyunları çərçivəsində "Kayrat" "Seltik"i qəbul edəcək. "Pafos" "Srvena Zvezda" ilə qarşılaşacaq. "Şturm" isə "Budo-Qlimt"lə üz-üzə gələcək. Bu mərhələnin digər cavab oyunları sabah keçiriləcək. Azərbaycan təmsilçisi "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Ferensvaroş"-u qəbul edəcək. Ağdam klubu səfərdə keçirilən ilk görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

“AzPolitika” xəbər verir ki, pley-offda çıxış edən komandalar öz heyət dəyərləri ilə diqqət çəkir. 

Siyahının ilk pilləsindəki “SL Benfica”nın heyəti 333,80 milyon avro dəyərində qiymətləndirilir. “Fenerbahçe SK” 299,13 milyon avro dəyəri ilə siyahıda ikinci yeri tutur. “Club Brugge” klubunun heyəti 173,40 milyon avro, “Celtic Glasgow” isə 130,25 milyon avro dəyərindədir. “Glasgow Rangers” 103,90 milyon avroluq heyətlə diqqət çəkir. Serbiyanın “Srvena Zvezda” klubu 79,20 milyon avro, Danimarkanın “FC Kopenhagen” komandası isə 75,15 milyon avro dəyərindədir. İsveçrənin “FC Bazel 1893” komandası 68,20 milyon avro, Avstriyanın “SK Şturm Graz” klubu 60,63 milyon avro dəyərə malikdir. Norveç təmsilçisi “FK Bodo Qlimt” 54,58 milyon avroluq heyətlə çıxış edir. Macarıstanın “Ferensvaroş TC” komandası 47,70 milyon avro dəyərindədir. Azərbaycanın “Qarabağ” klubu 24,80 milyon avro, Kiprin “Pafos FC” komandası 20,85 milyon avro, Qazaxıstanın “Kairat Almaty” klubu isə 12,45 milyon avro dəyərində heyətə sahibdir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
azpolitika.info

1Mənbələr