AZ

Tokayev Çin yolçusudur


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 30 avqust - 3 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək. Səfər çərçivəsində ali səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlarda Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

"31 avqust - 1 sentyabr tarixlərində Qazaxıstan Prezidenti Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və "ŞƏT plus" iclasında iştirak edəcək", - məlumatda qeyd olunur. Bundan əlavə, sentyabrın 2-də Tokayev Pekində "Qazaxıstan - Çin" İşgüzar Şurasının iclasında çıxış edəcək və böyük Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Mətləb

Seçilən
7
15
baki-xeber.com

10Mənbələr