AZ

111 ildə bir ilk! Tramp onu amansızlıqla işdən çıxardı

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) Rəhbərlər Şurasının üzvü Liza Kuku vəzifədən azad etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu addım FED-in 111 illik tarixində bir ilkdir — Kuk ABŞ prezidenti tərəfindən vəzifədən uzaqlaşdırılan ilk idarə heyəti üzvü olub.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edərək, Kuka ünvanladığı rəsmi məktubu ictimaiyyətlə bölüşüb. O, Federal Ehtiyat Qanununa istinad edərək, prezidentin idarə heyəti üzvlərini öz təqdiri ilə vəzifədən azad edə biləcəyini vurğulayıb:

“Sizi vəzifədən uzaqlaşdırmaq üçün kifayət qədər əsasların olduğunu müəyyən etmişəm,” — deyə Tramp bildirib.

Qərarın əsas səbəbi kimi, Tramp Kukun ipoteka müqavilələrində təqdim etdiyi ziddiyyətli və yanlış məlumatlara istinad edib. Onun sözlərinə görə, Kuk əvvəlcə Miçiqandakı bir mülkü əsas iqamətgahı kimi göstərən sənədi imzalayıb, yalnız iki həftə sonra isə Gürcüstandakı başqa bir əmlak üçün oxşar öhdəlik götürüb.

Tramp bu ziddiyyətli bəyannamələri “maliyyə əməliyyatlarında kobud səhlənkarlığın göstəricisi” adlandıraraq, belə davranışın Kukun maliyyə tənzimləyicisi olaraq etibar və səlahiyyətini ciddi şəkildə şübhə altına aldığını bildirib.

Sonda Tramp Kukun vəzifəsinə "xitam verildiyini və bu qərarın dərhal qüvvəyə mindiyini" elan edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
30
1
turkustan.az

2Mənbələr