"Liverpul"un 16 yaşlı futbolçusu Rio Nqumoa Premyer Liqa tarixində qalibiyyət qolunun müəllifi olan ən gənc ikinci oyunçu olub.
Publika.az xəbər verir ki, o, ikinci turun "Nyukasl"a qarşı matçında (3:2) fərqlənib. Hesab 2:2 olduğu vaxt əlavə olunmuş 6-cı dəqiqədə Kodi Qakponu əvəz edən Nqumoa cəmi 4 dəqiqə sonra Nik Poupun qapısına yol taparaq komandasına üç xal qazandırıb.
"Opta"nın məlumatına görə, 16 yaş 361 günlük olan ingilis futbolçu əfsanəvi həmyerlisi Ueyn Runinin rekordunu təkrarlaya bilməyib. Runi 2002-ci ildə "Everton" formasında "Arsenal"a vurduğu qolla Premyer Liqada ən gənc qalibiyyət qolunun müəllifi olub. Nqumoa isə bu uğura nail olarkək Runidən cəmi bir gün böyük olub.