AZ

Azərbaycanda daşınmaz əmlak bazarının həcmi 500 milyard dolları keçə bilər

Bu ilin sonuna qədər Azərbaycanda daşınmaz əmlak bazarının həcminin 501,33 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Bakues.az xəbər verir ki, bunun 403,46 milyard ABŞ dolları bazarın əsas seqmenti olan yaşayış evlərinin payına düşəcək.

2025–2029-cu illərdə bu seqmentin illik orta artım tempi 7,39 % təşkil edəcək və nəticədə 2029-cu ildə bazarın həcmi 666,65 milyard ABŞ dollarına yüksələcək.

“Azərbaycanın daşınmaz əmlak bazarında lüks mülklərə tələbat artmaqdadır. Bu tendensiyanın əsas səbəblərindən biri ölkəyə yönələn xarici investisiyaların çoxalmasıdır”, – deyə məlumatda qeyd olunub.

Bu il dünyada daşınmaz əmlak bazarının ən yüksək dəyərə malik olduğu ölkənin ABŞ olacağı proqnozlaşdırılır – 136,6 trilyon ABŞ dolları.

Seçilən
42
8
icma.az

9Mənbələr