AZ

Çin ABŞ la yeni ticarət danışıqlarına başlayır

ain.az bildirir, Sitat.info portalına istinadən.

Çinin ticarət nazirinin müavini Li Çenqanq bu həftə ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə ticarət danışıqları aparmaq üçün Vaşinqtona səfər edəcək. Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal mənbələrə istinadən yayıb.

Bildirilir ki, Li Çenqanq Amerika paytaxtında olarkən ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri və ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşmək niyyətindədir. Biznes ictimaiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.

Danışıqlar zamanı müzakirə olunacağı gözlənilən məsələlərdən biri də Çinin Amerika soyası almasıdır. Qeyd olunur ki, Çin tərəfi Amerika mallarının idxalı ilə bağlı öhdəliklər müqabilində Vaşinqtondan fentanilin paylanması probleminə görə ABŞ administrasiyasının tətbiq etdiyi 20 faizlik gömrük rüsumlarını ləğv etməyi tələb edəcək. Bundan əlavə, qəzet qeyd edir ki, Li Çenqanq, ehtimal ki, Çinə avadanlıq idxalında güzəştlər almağa çalışacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
sitat.info

3Mənbələr