AZ

Azərbaycanda süni intellekt əsaslı “robot repetitor” hazırlanır

Bakı. Trend:

Hazırda İdarəetmə Sistemləri İnstitutunda üzərində çalışılan ənmühüm layihələrdən biri süni intellekt əsaslı “robot repetitor”sisteminin hazırlanmasıdır.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında Elm və TəhsilNazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoruakademik Əli Abbasov deyib.

O bildirib ki, bu sistem Azərbaycan dilində həm anlayış, həm dəcavab vermə qabiliyyətinə malik olacaq:

“Məqsəd, repetitorluğa imkanı olmayan abituriyentlərə əlçatan vəkeyfiyyətli təhsil dəstəyi təqdim etməkdir. Sistem vasitəsiləşagirdlər tarix, coğrafiya, riyaziyyat kimi fənlər üzrə virtualmüəllimlərlə interaktiv şəkildə öyrənə biləcəklər”.

Onun sözlərinə görə, layihənin reallaşması üçün əsas ehtiyacməlumat bazalarına çıxışdır. Əgər bu təmin olunarsa, sistem 7-8 ayaistifadəyə hazır ola bilər. Layihə üzrə əməkdaşlıq üçün Dövlətİmtahan Mərkəzi ilə danışıqlar aparılır:

“Bu sistem Azərbaycanda süni intellektin təhsildə tətbiqisahəsində mühüm dönüş nöqtəsi ola bilər”.

O əlavə edib ki, İdarəetmə Sistemləri İnstitutunda süniintellekt sahəsində son dövrlərdə bir sıra əhəmiyyətli tədqiqatlaraparılır. Tədqiqatlar əsasən üç istiqamət üzrə cəmlənib:intellektual qərar qəbuletmə, obrazların tanınması və diltexnologiyaları.

İnstitutun tədqiqatçıları Azərbaycan dilində ilk dil modeliniyaradıb. Bu model qlobal miqyasda mövcud olan böyük dil modelləriilə ölçülə bilməsə də, sırf Azərbaycan dili üçün optimallaşdırılıbvə bu dildə olan problemlərin həllinə yönəlib. Bu modelin ilkintətbiqi sahələri arasında çağrı mərkəzləri üçün virtual asistentlərdə yer alır.

Seçilən
57
5
az.trend.az

6Mənbələr