AZ

Suriyaya məlumat verildi: Nəsiminin məzarı Azərbaycana gətirilə bilər

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər.

Modern.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu barədə Suriyaya məlumat verilib.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

Xatırladaq ki, ulu öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınıb və Heydər Əliyev məzarı ziyarət edib.

Seçilən
21
45
modern.az

10Mənbələr