Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Sitat.info xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və ölkəmizin çiçəklənməsi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzu edirik”, - paylaşımda deyilir.