AZ

Uşaq istismarı qurbanı İlon Maska müraciət etdi: “Şəkillərimin linklərini silin”

Ajans.az BBC-ə istinadən xəbər verir ki, 20 ildən çox ailə üzvü tərəfindən zorakılığa məruz qalsa da, həmin görüntülər bu gün də pedofil şəbəkələri tərəfindən paylaşılır və satılır:
“Bədənim heç vaxt əmtəə olmayıb və olmayacaq. Bu materialı yayanlar sadəcə izləyici deyil, onlar cinayətin bir hissəsidir”. BBC və Childlight İnstitutunun araşdırmasına görə, sözügedən material X-də açıq şəkildə təbliğ olunur və Telegram üzərindən minlərlə foto və video satılır. İndoneziyada fəaliyyət göstərən bir treyderin yüzdən çox hesab vasitəsilə bu məzmunu yaydığı müəyyən edilib. X rəhbərliyi uşaqların cinsi istismarı materiallarına qarşı “sıfır dözümlülük” siyasəti yürütmələrini açıqlasa da, mütəxəssislər platformada hesabların sürətlə yenidən açıldığını və problemin geniş miqyasda davam etdiyini bildirirlər.

Zora isə Maska birbaşa müraciət edib:
“Bizim istismarımız sizin platformanızda paylaşılıb və satılır. Siz öz uşaqlarınızı qorumaq üçün tərəddüd etməzdiniz. İndi isə qalanlarımız üçün də eyni addımı atmaq vaxtıdır”.

Seçilən
108
Ajans.az

1Mənbələr