AZ

“Hürriyet” qəzeti: Dünya birliyinin diqqəti Zəngəzur dəhlizinə yönəlib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 26 avqust, AZƏRTAC

Türkiyənin “Hürriyet” nəşri Naxçıvan Muxtar Respublikasından hazırladığı reportajda oxucuları Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdəki vəziyyətlə tanış edib.

AZƏRTAC xəbər verir ki, qəzetin müxbiri Musa Kesler Ordubad rayonunun Kotam kəndində - muxtariyyətin Ermənistan və İranla sərhəd qovşağının yerləşdiyi son yaşayış məntəqəsində olub.

Müxbir yazır: “Sovet dövründə qatarlar Bakıdan Meğriyə, oradan da Kotamdan keçərək Naxçıvana hərəkət edirdi. Tunellər və relslər qorunub saxlanılıb, lakin burada modern infrastrukturun qurulması işləri tələb olunur, əks halda, paralel yeni yolun tikintisinə ehtiyac yaranacaq”. Reportajda qeyd olunur ki, hazırda dünya birliyinin diqqəti Zəngəzur dəhlizinə yönəlib.

Türkiyəli jurnalist Ordubad sakinləri ilə söhbət edib, Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidələri ziyarət edib, burada Türkiyə və Azərbaycanın bayraqlarının dalğalandığını vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
azertag.az

3Mənbələr