AZ

MEK “Humanizm və inkişaf missiyası adlı ənənəvi kitab sərgisini təqdim edir

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) "Humanizm və inkişaf missiyası" adlı ənənəvi kitab sərgisini təqdim edir.

MEK-in fondlarındakı nəşrlər əsasında ilboyu davam edən daimi sərgidə “Mehriban Əliyeva. Həyatın 100 anı”, “Mehriban Əliyeva. Azərbaycan mədəniyyətinin hamisi”, “Ümid qapısı”, “Humanizmlə qətiyyətin vəhdəti”, “Azərbaycanın Mehriban siması”, “Mehriban Əliyeva. Tərəqqi və yüksəliş yolları ilə”, “Heydər Əliyev Fondunun timsalında Azərbaycanda fond siyasəti”, “Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında təhsil, səhiyyə, idmanın inkişafı və milli-mənəvi dəyərlərin qorunması sahəsində fəaliyyəti”, “Heydər Əliyev Fondu”, “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq”, "Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)", "Mehriban xanım Əliyeva. Humanizm və xeyriyyəçiliyin hamisi" və digər dəyərli nəşrlər Azərbaycan və xarici dillərdə oxuculara təqdim edilir.

Akademiyadan XQ-yə bildirilib ki, sərgidə təqdim olunan nəşrlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ali bəşəri dəyərlərə əsaslanan, dövlətimizin milli maraqlarını rəhbər tutan zəngin çoxşaxəli elmi, humanitar-siyasi fəaliyyəti sosioloji və politoloji rakursdan təhlil olunur. Nəşrlərdə, həmçinin birinci xanımın xeyriyyəçilik fəaliyyəti, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr geniş şəkildə yer alıb.

Qeyd edək ki, oxucular ənənəvi sərgi ilə yanaşı, MEK-in rəsmi saytında yerləşdirilmiş virtual sərgi vasitəsilə də Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə dair materiallarla yaxından tanış ola bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
xalqqazeti.az

3Mənbələr