"Everton" heyətini yeni oyunçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, "Sautgempton"dan 19 yaşlı cinah hücumçusu Tayler Diblinq transfer olunub.
Bu barədə Premyer Liqa təmsilçisinin saytı məlumat yayıb. Taylerlə 4 illik müqavilə imzalanıb. Transferin dəyəri 40 milyon avro olub. "Everton" daha 5 milyon bonus ödəyəcək.
Qeyd edək ki, Diblinq ötən mövsümdə İngiltərə Premyer Liqasında 33 matçda 2 qol vurub.