AZ

Ançelotti "yığmanın qapısı"nı onların üzünə BAĞLADI

Braziliya millisinin futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yığmaya yeni təyin olunan baş məşqçi Karlo Ançelotti qərarı ilə müzakirələr yaradıb.

O, dünya ulduzu Neymarı heyətə daxil etməyib. Bundan başqa, mütəxəssis öncə çalışdırdığı "Real Madrid"in braziliyalı oyunçuları Vinisius Junior, Eder Militao, Rodriqo, Endriki də milliyə çağırmayıb.

Bildirək ki, Braziliya yığması sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə qarşılaşacaq.

Tural
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
42
1
milli.az

2Mənbələr