AZ

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımalarından gəlirlər artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 200,4 milyon manat təşkil edib.

Bu barədə Kommersant.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,8 milyon manat və ya 8,2% azdır.

Cari ilin birinci yarısında dəmir yolu nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 192,6 milyon manat olub ki, bu da ötən ilin ilk 6 ayındakı göstəriciyə nisbətən 20,6 milyon manat və ya 9,7% azdır.

Bu ilin ilk 6 ayında dəmir yolu nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 869,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,8 milyon manat və ya 1,6 dəfə çoxdur.

Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə yük daşımalarının həcmi 8,4 milyon ton (9,4% azalma), sərnişin daşımalarının həcmi isə 4,6 milyon nəfər (20,7% artım) təşkil edib.

Seçilən
24
2
kommersant.az

5Mənbələr